3 
Dek
2018
11:18
16
121
2217
yuxarı
Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı bəlli oldu
3 Dek, 2018
11:18
2217
16
121
Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı bəlli oldu
ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında dekabrın 5-də Milanda görüş keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryü Şofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Oxu.Az yeniləndi!