Dek
2018
09:31
45
141
5256
Virtual karabakh

İran yeni raketlərini sınaqdan keçirir - Çəkinmək lazımdırmı? - BAKIDAN BAXIŞ

4 Dek, 2018
09:31
5256

İran yeni raketlərini sınaqdan keçirir - Çəkinmək lazımdırmı? - BAKIDAN BAXIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstənilən ölkə silahlı qüvvələrini gücləndirmək və bunun üçün də müvafiq işlər aparmaq hüququna malikdir. Cənub qonşumuz istisna deyil. Ancaq bu məsələdə çox vacib məqam var. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov KİV-də yayımlanan İranın yeni ballistik raketləri sınaqdan keçirməsi ilə bağlı yayılan informasiyaları şərh edərkən deyib. 

Onun sözlərinə görə, Tehran bu sınaqların riskləri barəsində yaxşı məlumatlıdır.

“Bu təzyiq ABŞ və onun müttəfiqləri tərəfindən edilir. Fikrimcə, məhz belə həssas məqamda İranın hər hansı raket sınağı keçirməsi doğru olmazdı”, - Üzeyir Cəfərov əlavə edib. 

Müsahibimizin sözlərinə görə, hər şey başa çatıb. İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, general Abolfaz Şekarçi bəyan edib ki, İran gələcəkdə də sınaqlar keçirmək niyyətindədir. 

“Bu, sözsüz ki, Qərb ölkələrinin cənub qonşumuza qarşı daha çox təzyiq göstərməsinə səbəb olacaq. İrandakı problemlər isə ölkəmizdən yan keçə bilməz. İranda istənilən qeyri-sabitlik ölkəmizdə dərhal özünü göstərir. Birbaşa olmasa da, biz bunu dərhal hiss edirik”, - ekspert əlavə edib. 

O əmindir ki, hazırkı raket sınaqları mürəkkəbdir. 

“Əgər bu yaxınmənzilli ballistik raketlərin bir neçə döyüş başlığı daşıya bildiyini nəzərə alsaq, düşünürəm ki, İran bu həftə bu addımının cəfasını çəkəcək. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində İrana bu sınaqları dayandırmaq tövsiyə olunub”, - Ü.Cəfərov qeyd edib.

Onun fikrincə, bu sınaqlarla İran BMT və ABŞ-a bu ölkəyə qarşı təzyiqləri artırmaq üçün gözəl imkan yaradıb. 

“İranın raket sınaqlarını cilovlamaq üçün ciddi addımlar atılacaq. Yaxşı olardı ki, İran bu kimi addımlardan çəkinsin. Necə olursa-olsun, regionu ciddi fəsadlar gözləyir”, - müsahibimiz bildirib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri