Dek
2018
12:24
16
81
4189
Virtual karabakh

“Erməni qışı” - Paşinyan üçün sınaq - Oxu.Az-ın xülasəsi

5 Dek, 2018
12:24
4189

“Erməni qışı” - Paşinyan üçün sınaq - Oxu.Az-ın xülasəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda seçkiqabağı yarış sürətlə davam edir. Seçkilər dekabrın 9-da keçiriləcək ki, bu da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan üçün çox əlverişlidir. Qış yenicə başlayıb və əhali irimiqyaslı problemlərlə hələ qarşılaşmayıb. Bu problemlər qaçılmazdır və əhalini gözləyir.

Payız və yay aylarında mitinq edərək hakimiyyəti devirmək asandır. İsti havada küçələrdə kabab da bişirmək olar. Qışda isə hər şey fərqli olur. Ən azından ona görə ki, hava soyuq olur. Və əlbəttə ki, Nikol Paşinyanın bir neçə aylıq hakimiyyətindən sonra aydın olur ki, hazırkı Ermənistan hakimiyyəti insanları küçəyə çıxararaq populizmlə məşğul olur. Artıq küçələrdəki insanların sayı da getdikcə azalır. Ona görə də, seçkilər nə qədər tez baş tutarsa, Paşinyan da bir o qədər tez öz yerini alar.

Bəs sonrası necə olacaq?

Qazın və qida məhsullarının qiyməti yüksələ bilər. Axı Nikol Paşinyan mövcud problemlərin həlli yerinə “kölgə” ilə – keçmiş hakim Respublika Partiyası ilə mübarizə aparır. Bu, gözlənilən idi, lakin seçicilərə bəzi rüşvətxor məmurların həbsinə tamaşa etmək deyil, çörək lazımdır.

Artıq “Cənubi Qafqaz dəmir yolu” Ermənistanı taxıl tədarükü ilə bağlı problemlərin olacağı barədə xəbərdar edib. 2019-cu ilin yanvar ayından etibarən erməni tərəfi taxılı nə dəniz yolu, nə də yerüstü yolla idxal edə biləyəcək.

Üstəlik, Ermənistanın qərbmeyilli hakimiyyəti Nikol Paşinyanın təsdiqi ilə “Cənub Qafqaz dəmir yol”unu cərimələyir ki, bu da “Rusiya Dəmir Yollar”ının 100 faiz törəmə şirkətidir.

Sonrası isə daha maraqlıdır. Ermənistanda fəal olaraq Rusiya qazının qiymətini müzakirə etməyə başladılar. Ümid olunurdu ki, inqilabçı baş nazir soyuq qış aylarında əhalini həyatını firavanlaşdıracaq.

Lakin siyasi müşahidəçi Arman Vaneskegyan yazır ki, Rusiya, həqiqətən də, Ermənistana təbii qazı rekord ucuz qiymətə - sərhəddə min kubmetri 150 dollara satır. Bundan ucuz Rusiya mavi yanacağı ancaq Belarusa, min kubmetri 129 dollara satır ki, bu qiymət 2019-cu ildən etibarən 127 dollar təşkil edəcək.

“Lakin erməni istehlakçıya, qaz plitəsinə və qızdırma sistemlərinə qaz tamamilə fərqli qiymətə gəlib çatır – min kubmetri 300 dollara. Yəni belə çıxır ki, qazın sərhəddən birbaşa istehlakçıya çatdırılması, mavi yanacağın öz qiymətinə başa gəlir”, - deyə müəllif bildirir. Və bütün bunlar Nikol Paşinyanın dövründə baş verir.

Yerevanda tez-tez deyirlər ki, qazı İrandan almaq lazımdır. Lakin artıq qış mövsümü başlayandan sonra məlum olur ki, Ermənistan İrandan kömək istəsə də, sərfəli təklif ala bilməyib. Misal üçün, energetika infrastrukturu və təbii ehtiyatlar naziri vəzifəsini müvəqqəti icra edən Qareqin Baqramyan bəyan edib ki, İran Ermənistana qazı Rusiyadan baha qiymətə təklif edir.

Buna baxmayaraq, Qareqin Baqramyan bildirib ki, Ermənistan İranı ikinci qaz mənbəyi olaraq nəzərində tutur (budur erməni minnətdarlığı).

Yeri gəlmişkən, “Qazprom Ermənistan” QSC-nin baş direktoru Qrant Tadevosyan anlaşılmaz bir bəyanat verib. Erməni jurnalistlərin “Qazın qiymətinin yenidən qalxacağı istisna oluna bilərmi?” sualına Qrant Tadevosyan cavab verib ki, “Siz yaxşı paltar almaq istəyərkən, istisna edirsiniz ki, yalnız yaxşı mağazadan alacaqsınız, və ya pis paltar alarkən, istisna edirsiniz ki, qiyməti ucuz olacaq. (“Panorama.am-dan sitat). Lakin nə isə onun qazın qiymətinin qalxacağını istisna etmədiyini deyir.

Öz növbəsində, gürcü nəşri olan “Qafqaz Plyus” xatırladır ki, Ermənistandakı antirus “maydan” çevrilişindən sonra yeni qərbyönümlü rəhbərlik “Qazprom”um ölkədəki “törəmə”sini yoxlanışdan keçirib və “irihəcmli vergi pozuntularının” olduğunu üzə çıxarıb.

“Lakin erməniləri “Qazprom”un onlara qaz tədarük etməyəcəyi halda Ermənistanın donub öləcəyi və ölkədə iqtisadi həyatın mövcud olmayacağı məsələsi narahat etmir. Rusiya “Qazprom”u hazırda təbii qazın ölkəyə gətirilməsi üçün yeganə və əsas mənbədir.

Obrazlı şəkildə desək, Ermənistanın “yedizdirən anasıdır”. Ermənistanın başqa qaz mənbəyi yoxdur. İran qazının tədarükü danışıqları elə danışıqlar olaraq da qalır. Üstəlik, erməni rejiminin yeni sahibi olan ABŞ İranla qaz əməkdaşlığı etməyə heç imkan da verməz”, - deyə nəşr qeyd edir.

Buna görə də Ermənistanda qış davamlı, bahalı və soyuq olacaq.

Nair Əliyev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri