Dek
2018
16:57
203
77
10216
Virtual karabakh

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

5 Dek, 2018
16:57
10216

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Cəfərov Nazim Kazım oğlu, Rüstəmov Rəşad Keykavuz oğlu və Səfərov Rizvan Ziyanur oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bundan əlavə prezident İlham Əliyev Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayevi “Şöhrət” ordeni ilə təltif edib.

Prezident İlham Əliyev həmçinin rabitə və yüksək texnologiyalar sahəsinin bir qrup işçisini “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarla təltif edib.

Dövlət başçısının sərəncamına əsasən, Həsənova Sahibə Məzahir qızı, Qasımov İsa Vəli oğlu, Mehyəddinov Ənvər Əlistan oğlu, Məmmədova Firuzə Novruz qızı, Pirmətov Fərhad Veysəl oğlu, Vəlibəyli Sevinc Mürsəl qızı “Tərəqqi” medalı ilə, Məmmədov Novruz Qulu oğlu və Naibov Vidadi Vaqif oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri