Dek
2018
15:06
11
83
3101
Virtual karabakh

Seçki Məcəlləsinə dəyişiklik ikinci oxunuşdan keçdi

7 Dek, 2018
15:06
3101

Seçki Məcəlləsinə dəyişiklik ikinci oxunuşdan keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılır.

Oxu.Az-ın  xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir və məsələ parlamentin bugünkü iclasının ikinci oxunuşunun müzakirəsinə təqdim edilib.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstitusiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, yeddi il əvvəl prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir.

Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev yeddi il müddətinə Azərbaycan Respublikasının prezidenti seçilib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri