Dek
2018
18:17
299
97
5666
Virtual karabakh

Litva Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Litva prezidenti Dalya Qribauskayte cümə günü bəyan edib ki, rəsmi Vilnüs Qara dənizdə baş vermiş insidentdən sonra Rusiyaya qarşı milli sanksiyalar tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Biz bilirik ki, beynəlxalq təşkilatlar Rusiyanın əməllərinə qarşı heç bir sanksiya irəli sürmədi. Lakin biz Kerç boğazındakı hücuma etiraz əlaməti olaraq öz milli sanksiyalarımızı tətbiq edirik”, - deyə D.Qribauskayte Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə görüşü zamanı bildirib.

Ukrayna prezidentinin rəsmi saytı Litva prezidentinin sözlərini təsdiq edib.

Litva prezidenti vurğulayıb ki, sanksiyaları tətbiq edən ilk ölkə olmaq asan deyil.

“Bəzən sanksiyalar tətbiq edərkən, ilk olmaq asan olmur. Biz Rusiyadan şəxsi təhdidlər alırıq, konkret olaraq Litvanın xarici işlər naziri təhdid olunub”, – deyə o əlavə edib.

Bununla belə Qribauskayte hansı sanksiyaların tətbiq edildiyini və nə cür təhdidlər aldığını dəqiqləşdirməyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri