Dek
2018
17:50
110
181
3173
Virtual karabakh

İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

9 Dek, 2018
17:50
3173

İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran bu il azı 7 dəfə orta mənizilli raketləri sınaqdan keçirib və bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd ola bilər.

Oxu.Az xəbər verir ki, bu haqqda "Welt am Sonntag" qəzeti yazır. Raketlərdən bəziləri Avropa İttifaqının cənub-şərq ölkələrinin ərazisinə çata bilər.

Məlumata əsasən, İran 5 kiçik mənzilli raketi də sınaqdan keçirib. Ümumilikdə İran bu il ötən illə müqayisədə raket sınaqlarının sayını iki dəfə artırıb.

Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib:

"İran indicə bir neçə döyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".

Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri