10 
Dek
2018
18:41
35
375
7742
Virtual karabakh

Ziyafət Əsgərov: Tərbiyəm heç vaxt imkan verməz ki, sədrimizə “sən” deyim

10 Dek, 2018
18:41
7742

Ziyafət Əsgərov: Tərbiyəm heç vaxt imkan verməz ki, sədrimizə “sən” deyim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib. 

Oxu.Az-ın məlumatına görə, Ziyafət Əsgərov Report-a müsahibəsində bildirib ki, bu, saxta video - montajdır.

“Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”, - deyə sədrin birinci müavini vurğulayıb.

Qeyd edək ki, son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse - spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri