12 
Dek
2018
12:26
26
125
1846
Virtual karabakh

Xələf Xələfov: Azərbaycan vacib tədbirlərin mərkəzinə çevrilib

12 Dek, 2018
12:26
1846

Xələf Xələfov: Azərbaycan vacib tədbirlərin mərkəzinə çevrilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini Xələf Xələfov bunu ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirib:

“Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin, ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib”. 

O qeyd edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: 

“Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb”.

 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri