12 
Dek
2018
12:58
45
26
2684
Virtual karabakh

Nazir müavini sərhədlərin delimitasiyası barədə

12 Dek, 2018
12:58
2684

Nazir müavini sərhədlərin delimitasiyası barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr davam edir. 

Oxu.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib. 

Nazir müavinin sözlərinə görə, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı.

“Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra İşçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik. 

Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi, demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər davam etdirilməlidir”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri