16 
Dek
2018
16:50
151
48
2991
Virtual karabakh

Geoffreu Van Orden: Azərbaycan vacib tərəfdaşdır

16 Dek, 2018
16:50
2991

Geoffreu Van Orden: Azərbaycan vacib tərəfdaşdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Bakıda səfərdə oldum. Bu səfər mənə Azərbaycanı daha yaxından tanımağa imkan verdi. Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirdəki çıxışlardan, eləcə də Cümhuriyyətlə bağlı nümayiş etdirilən videodan ölkənin tarixi ilə bağlı ətraflı məlumat əldə etdim.

Oxu.Az AZƏRTAC-a intinadla xəbər verir ki,bu fikirləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir çərçivəsində Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Geoffrey Van Orden söyləyib.

Böyük Britaniyanın o dövrlərdə Cənubi Qafqazda baş verən siyasi proseslərin iştirakçısı olduğunu qeyd edən Geoffrey Van Orden deyib:

“Azərbaycan XX əsrin əvvəlində Xalq Cümhuriyyəti dövründə mühüm nailiyyətlər əldə edib. Ölkəniz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də uğurlu bir yol keçib”.

O qeyd edib ki, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri