17 
Dek
2018
10:37
30
306
2257
Virtual karabakh

Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır

17 Dek, 2018
10:37
2257

Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacib idi. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçirdik.

Oxu.Az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) sədri Oqtay Əsədov deyib.

Oqtay Əsədov Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirdiyini qeyd edib. 

O bildirib ki, ötən il Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və bu, böyük nailiyyətdir.

“Gürcüstan Azərbaycana qardaş ölkədir. Gürcüstanın bayramı Azərbaycanın bayramıdır”, - deyə O.Əsədov əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri