18 
Dek
2018
13:52
159
52
6240
Virtual karabakh

Qənirə Paşayeva iclasa qolu sarıqlı vəziyyətdə gəldi - VİDEO

18 Dek, 2018
13:52
6240

Qənirə Paşayeva iclasa qolu sarıqlı vəziyyətdə gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva əməliyyatdan sonra ilk dəfə parlamentin iclasına qatılıb.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili qolu sarıqlı vəziyyətdə iclasa gəlib və dövlət himni ilə bağlı qanun layihəsinin müzakirələrində çıxış edib. 

Qənirə Paşayeva təəssüflə qeyd edib ki, illərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. 

Onun sözlərinə görə, cəmiyyətimiz isə bu məsələdə daha çox Əhməd Cavadın ruhunun narahat edilməsindən danışır:

“Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ, polemika artıq cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı  yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. “Hüququndan keçən əsgər” kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o, xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə bundan sonra da sevib qorumalıyıq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri