25 
Dek
2018
13:22
416
35
4918
Virtual karabakh

Türkiyə İŞİD-i təkbaşına məhv etməyə hazırlaşır

25 Dek, 2018
13:22
4918

Türkiyə İŞİD-i təkbaşına məhv etməyə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə təkbaşına Suriyada İŞİD terror qruplaşmasını məhv edə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, bununla belə Ankara digər ölkələrlə - İran və Rusiya, həmçinin koalisiya partnyorları ilə tərəfdaşlıq etməyə hazırdır.

Nazir bildirib ki, Türkiyə və ABŞ amerikalı hərbçilərinin Suriya ərazisindən çıxarılmasına qədər Manbic üzrə yol xəritəsini razılaşdırıblar.

Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib. Dövlət başçıları telefon söhbəti zamanı kürd qruplaşmalrının fəaliyyətini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri