Yan
2019
12:31
51
140
7884
Virtual karabakh

Ermənistanda qeyri-millətlərə nifrət var - RƏY

7 Yan, 2019
12:31
7884

Ermənistanda qeyri-millətlərə nifrət var - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan təkcə monomillətli dövlət deyil, eyni zamanda, əhalisi yadellilərə qarşı qeyri-tolerant olan bir dövlət olduğunu sübuta yetirib. Hindlilər və çinlilərin axını erməni cəmiyyətində etiraz dalğasına səbəb olub.

Ermənistan cəmiyyətində xaricilərə olan nifrəti bir neçə il əvvəl Ərəb ölkələri və İrandan baş verən turist axını və onların davranışı ilə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində yer alan tənqid və gileylərlə müqayisəyə yaxın belə durmur. Yerevanda  əhalinin xariciləri görən gözü yoxdur. Onların təbirincə, xaricilər Ermənistana gəlib “onların çörəyinə bais olur”. 

Ermənistanda artıq işləməyə adam qalmadığı məsələsinə isə nədənsə erməni şərhçilər susur və ümumiyyətlə, bu mövzunun müzakirəsindən yayınırlar.

Bu arada, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata görə, hakimiyyətdə olduğu bir neçə ay ərzində ölkəni tərk edənlərlə ölkəyə gələnlər arasındakı nisbətdə dəyişiklik olub. Halbuki bu nisbət məhz ölkəyə gələn hindlilərin hesabına meydana gəlib.

Qeyd etmək lazımdır ki, “Sputnik-Armeniya”nın yazdığına görə, Ermənistan üçün 2018-ci ildə ən vacib hadisələrdən biri Hindistan, Pakistan və həmin regiondan olan digər ölkələrdən miqrant axınının “qorxulu şəkildə artımı” oldu ki, bu, artıq yeni ildə Ermənistanda demoqrafik xarakterli bir sıra problemlərə yol aça bilər.

“Son illər hindistanlı miqrantların sayı sabit şəkildə ilə 300 faiz artıb və hakimiyyətin Ermənistana gələnlərin sayının Ermənistandan gedənlərin sayını üstələməsi ilə bağlı bəyanatlarını məhz Yerevana hindlilərin doluşması ilə əsaslandırmaq olar”, - deyə Yerevan nəşri yazır.

Ardınca belə bir təklif irəli sürülür - tez bir zamanda məhdudlaşdırıcı ölçülər götürülməlidir, əks təqdirdə, fiziki münaqişələr, ardınca işsizlik səviyyəsinin artımı labüd ola bilər. Belə ki, mühacirlər yerli sakinlərlə müqayisədə, daha ucuz başa gələn əmək qüvvəsidir.

Erməni şərhçi Rubern Gülmisaryanın bu yaxınlarda çıxan bir yazısında deyilir ki, Yerevan küçələrində daha çox yerli sakinlərdə xarici görünüşü ilə kəskin şəkildə seçilən adamlara rast gəlmək olur.

Bu, Hindistandan və onunla qonşu olan dövlətlərdən gəlmiş “turistlərdir”. Əslində, onlar əmək mühacirləridir. Kasıbın olanından geyinsələr də, səfil kökündə deyillər və özlərini ədəb-ərkanlı aparırlar. Hələlik onların intizamsızlığı ilə bağlı hər hansı fakt müşahidə olunmayıb.

Statistikaya əsasən, 2016-cı ildə Hindistandan Ermənistana 3204 nəfər gəlib, 2017-ci ildə bu göstərici 10 min 642 nəfərə qədər artıb, 2018-ci ilin yanvar-noyabr aylarında isə 28 min 659 nəfər təşkil edib. Beləcə, illik artım 300 faiz təşkil edir və tendensiya dəyişməz qalacağı halda, vəziyyət nəzarətdən çıxa bilər.

“Bu insanlar haradasa işləyir: hələlik binaların qarşısında, parkın skamyalarında yatan hindlilərə rast gəlinmir. Onlar “fast-food”la qidalanır, hətta yerli geyim mağazalarında da olurlar: bunu hər bir yerevanlı görə bilər, bu, göz qabağında olan bir faktdır.

Bu, o anlama gəlir ki, hindistanlı mühacirlərin kiçik də olsa, stabil gəlir yeri var. İşəgötürənə gəlincə, ona yerevanlıdan daha az əməkhaqqında razı olan hindlini işə götürmək daha xeyirlidir. Üstəlik, hindli işçilərə görə heç bir məsuliyyət daşımır: nə vergi, nə də əxlaqi məsuliyyət.

Bu, açıq aşkardır – belə insanların, demək olar ki, heç biri rəsmi qaydada işə götürülməyib və “zərfdə” maaş alır. İşəgötürən ürəyi istəsə, onu işdən asanlıqla çıxara bilər və heç bir əmək hüququ və sosial müdafiəsi olmayan uzaq ölkənin qonağı buna heç cür etiraz edə bilməz.

Milyarddan çox əhalisi olan Hindistan üçün on minlərlə insanın ölkədən axını o qədər də diqqət çəkmir. Ancaq əhalisi heç üç milyon nəfərə çatmayan və yüksək templi emiqrasiyanın müşahidə olunduğu Ermənistan üçün bu, kifayət qədər nəzərəçarpan rəqəmlərdir. Üstəlik, beyin axını baş verir, onların əvəzinə isə Ermənistana daha kimlər gəlmir?! Sayları isə gündən-günə çoxalır. Bu temp həm də iri demoqrafik problemlər vəd edir”, - deyə nəşrin məqaləsində deyilir.  

Ermənilər təkcə hindlilərdən narazı deyil. Rusiyalı analitik Anton Yevstratov öz sosial şəbəkə səhifəsində belə yazır:

“Bir neçə ildir ki, Ermənistanda yaşayıram, düşünürdüm ki, artıq hamı məni burada görməyə alışıb. Ancaq bir gün kifayət qədər ədəbli, ali savadlı və zəkalı şəxs Zaven Amatuni ilə Ermənistan və diaspora ilə bağlı məsələləri müzakirə etdik. Birdən o söhbət əsnasında məni Voronejə “geri göndərdi”. Üstəlik, dedi ki, öz Voronej qayda-qanunlarınla Ermənistanın işlərinə burnunu soxursan. Mən eybi yox, vərdişkaram. Bəs çinlilər ona nə edib axı? (müzakirədə çinlilərdən də söz açılıb - red.)”

Zaven Amatuni buna cavab olaraq bildirib ki, onunla bir mentalitet və dünyagörüşünü bölüşən insanlarla yaşamağı arzulayır. Sadə dillə desək, ermənilərlə.

Hansısa Qarik Xaçikyanı isə gəlmələrin yerlilərdən “iş yerlərini” oğurladığı narahat edir, iddia edir ki, sabah özlərini pis aparmağa başlayacaqlar, birisi gün isə artıq buddist məbədlərinin və ya müsəlman məscidlərinin tikilməsini tələb edəcəklər.

Müsəlman məscidlərində və ya buddist məbədlərində pis olan nə var? Bakıda “Atəşgah” var – atəşpərəstlərin məbədi. Bu günə kimi müxtəlif ölkələrdən, o cümlədən, Hindistandan oraya zəvvarlar gəlir. Bakının mərkəzində erməni kilsəsi indiyə kimi durur, çox sayda pravoslav kilsələri və sinaqoqlar fəaliyyət göstərir.

Qeyri-erməni olan hər şeyə, o cümlədən, Yerevan üçün hər zaman yadelli sayılacaq Anton Yevstratova nifrət bəsləyən Ermənistan cəmiyyəti belə bir şeyi təsəvvürünə belə gətirə bilməz.

V.Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri