Yan
2019
14:27
84
133
2378
Virtual karabakh

Azərbaycan və İran sərhədçiləri Ərdəbildə görüşəcək

9 Yan, 2019
14:27
2378

Azərbaycan və İran sərhədçiləri Ərdəbildə görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərdəbildə jurnalistlər qarşısında çıxış edən İran sərhəd polisinin komandiri, briqada generalı Qasım Rezai qeyd edib ki, İran və Azərbaycan sərhəd xidmətinin komandirləri iki günlük görüş keçirəcək. 

Oxu.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, görüş yanvarın 9-da Ərdəbil bölgəsinin Biləsuvar şəhərində başlayacaq və iki gün davam edəcək. 

Görüşdə İranın Poldaştdan Astaraya, Azərbaycandan isə Naxçıvandan Lənkəranadək olan sərhəd xidmətinin komandirləri iştirak edəcək.

Qeyd edək ki, görüş zamanı bir çox məsələlər, o cümlədən, sıx əməkdaşlığın qurulması müzakirə ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri