Yan
2019
17:22
74
12
2157
Virtual karabakh

Ankarada Qlobal Jurnalist Təşkilatı təsis edildi

9 Yan, 2019
17:22
2157

Ankarada Qlobal Jurnalist Təşkilatı təsis edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı yaradılıb.

Oxu.Az adıçəkilən təşkilata istinadən xəbər verir ki, Anadolu Mediası Gücbirliyi Platforması (AGP) və DİM Medianın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib.

Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.

Təşkilat yaxın vaxtlarda Avropada, ABŞ-da, MDB məkanında da fəaliyyət göstərəcək və böyük layihələr həyata keçirəcək.

Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.

Digər qurucular isə bunlardır: “DİM” və “Sabah” yazarı, jurnalist Yavuz Donat, DHA xəbər agentliyinin direktoru Salih Zeki Sarıdanişment, “Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, “Habertürk”ün Ankara təmsilçisi Bülent Aydemir, “Akit” Ankara təmsilçisi Hacı Yakışıklı, TRT dairə sədri Amber Türkmen, “Milliyet”in idman müdiri Tayfun Bayındır, DHA-nın Şimali Kipr Türk Respublikası təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin sabiq sədri Lütfü Karakaş, Anadolu Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyətinin rəhbəri Yusuf Ziya Çakır, TRT-nin Nyu-York üzrə sabiq təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin sabiq mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektorunun məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA-nın London təmsilçisi Aynur Tattersall.

Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər.

Söhbət zamanı M.Çavuşoğlu onlara işlərində uğurlar arzulayıb, bu təşkilata dəstək verəcəyini söyləyib.

Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli, həm də xarici mətbuatı öz sıralarında birləşdirməklə dünyanın ən böyük jurnalist qurumu olmağı hədəfləyib.

Yeni jurnalist təşkilatına KGK (Küresel Gazeteciler Konseyi), yerli media və xarici media iclasları da daxil olacaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri