11 
Yan
2019
18:11
1557
78
12752
yuxarı
Prezident bir sıra məhkəmələrə sədr təyin edib - SİYAHI
11 Yan, 2019
18:11
12752
1557
78
Prezident bir sıra məhkəmələrə sədr təyin edib - SİYAHI
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.