15 
Yan
2019
17:41
16
280
2228
Virtual karabakh

Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

15 Yan, 2019
17:41
2228

Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri