17 
Yan
2019
14:57
37
105
3052
yuxarı
Mitrofanova: Azərbaycanda fəaliyyətimizi genişləndirmək istəyirik
17 Yan, 2019
14:57
3052
37
105
Mitrofanova: Azərbaycanda fəaliyyətimizi genişləndirmək istəyirik
Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq məsələləri üzrə Federal Agentliyi Azərbaycanla fəal əməkdaşlıq aparır.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Vestnik Kavkaza”ya müsahibəsində agentliyin rəhbəri Eleonora Mitrofanova deyib.
“Bizim Azərbaycanla çox fəal, çox rahat əməkdaşlıq aparırıq”, - o bildirib.
Mitrofanovanın sözlərinə görə, agentlik Azəraycanda fəaliyyətini genişləndirmək istəyir.
“Bu il bizim ikinci mərkəzimiz Gəncədə fəaliyyətə başlayacaq. Qalan təşkilati məsələləri Azərbaycan tərəfi ilə müzakirə edirik”, - o əlavə edib.