17 
Yan
2019
18:11
1083
45
6100
yuxarı
Prezidentdən Cəlil Məmmədquluzadə ilə bağlı vacib - SƏRƏNCAM
17 Yan, 2019
18:11
6100
1083
45
Prezidentdən Cəlil Məmmədquluzadə ilə bağlı vacib - SƏRƏNCAM
2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.
Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.