21 
Yan
2019
15:50
60
364
4418
yuxarı
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21 Yan, 2019
15:50
4418
60
364
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Bu barədə Oxu.Az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elşad Həsənov məlumat verib.
O, Səməd Seyidovun yenidən vitse-prezident seçilməsini təsdiqləyib.
Azərbaycan nümayəndə heyətinin üzvləri - deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək.