22 
Yan
2019
18:54
541
125
4703
Virtual karabakh

İlham Əliyev: Sevinirik ki, OPEK+ görüşü neftin vətənində keçiriləcək

22 Yan, 2019
18:54
4703

İlham Əliyev: Sevinirik ki, OPEK+ görüşü neftin vətənində keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neft bazarında balansın bir barelə görə 60-70 dollar diapazonunda saxlamaq üçün OPEK+ çərçivəsində neft hasilatının azaldılmasına dair razılaşmanın 2019-cu ilin sonuna qədər uzadılması məqsədəuyğundur.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, belə bir fikri Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev səsləndirib.

“Hesab edirəm ki, həm ölkələr, həm şirkətlər, həm də istehlakçılar diapazonun bir barelə görə 60-70 dollar olmasında maraqlıdırlar. Əgər bu diapazonu saxlamaq üçün razılaşmanın müddətini uzatmaq lazım olsa, hesab edirəm ki, bunu etmək məqsədəuyğun olardı”, - İlham Əliyev deyib. 

Azərbaycan prezidenti bildirib ki, bu məsələ ilə bağlı son qərar bazarı təhlilindən və OPEK və OPEK+ ölkələrinin məsləhətləşmələrindən asılı olacaq.

Dövlətimizin başçısı həmçinin Azərbaycanın OPEK-ə üzv qəbul edilməsinin mümkünlüyü məsələsini şərh edib. Onun sözlərinə görə, hazırda belə bir məsələ yoxdur.

“OPEK+ formatı artıq formalaşıb. Baxmayaraq ki, bu format hələ strukturlaşmayıb, lakin o artıq fəaliyyət göstərir. Ona görə hesab edirəm ki, əgər OPEK+ üzvləri bundan sonra da bu məsələyə belə məsuliyyətli yanaşsalar, kimin OPEK üzvü olması və ya olmaması elə də vacib olmayacaq”, - deyə Azərbaycan prezidenti bildirib.

Bu ilin mart ayında nazirlərin monitorinq komitəsinin görüşü Bakıda keçiriləcək.

“Sevinirik ki, OPEK+ görüşü dünyada ilk quyunun qazıldığı neftin vətənində keçiriləcək”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri