23 
Yan
2019
09:39
66
140
2302
Virtual karabakh

Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

23 Yan, 2019
09:39
2302

Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AŞPA-nın qış sessiyasında “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr “Qahirə bəyannaməsi”nin iştirakçısı ola bilərmi?” adlı məruzə dinlənilib və məruzə ilə bağlı müzakirələr aparılıb.

Oxu.Az xəbər verir ki, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə təmsil etdiyi Avropa Konservatorlar qrupu adından danışıb.

Deputat bildirib ki, dünyəvilik - dövlət və dinin ayrılığı sivilizasiyamızın ən böyük nailiyyətlərindəndir.

O, Azərbaycanın 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi dövlət olduğunu, elə həmin dövrdə də qadınlara səsvermə hüququnun verildiyini və ölkəmizdə ilk müsəlman qadınının parlamentə üzv seçildiyini diqqətə çatdırıb. Həmçinin, ölkəmizdə qadınların cəmiyyətdə, siyasətdə və digər sahələrdə fəal rol oynadığını vurğulayıb. 

Millət vəkili eyni zamanda, şəriət qanununun bəzi Avropa ölkələrində də tətbiq olunduğuna təəssüf etdiyini bildirib və bunun qəbuledilməz olduğunu söyləyib. 

O qeyd edib ki, şəriət qanununun tətbiqi, ilk növbədə, qadınların hüquqlarının pozulmasıdır:

“Qahirə bəyannaməsinin tonu antimüsəlman və ya antiislam olmamalıdır. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir”. 

A.Mollazadə digər dinlərdə də qadınların hüquqlarına baxılmasının vacibliyini qeyd edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri