23 
Yan
2019
13:31
16
71
2332
Virtual karabakh

Deputat: Bu, onların borcu və missiyasıdır

23 Yan, 2019
13:31
2332

Deputat: Bu, onların borcu və missiyasıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən illər ərzində reallaşdırılan siyasət Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə əlaqədar bölgədə yeni reallığın yaranmasına səbəb olub.

Məlumdur ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpa və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir.

Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, bu şərtlərin formalaşdırılması isə mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. 

Onun sözlərinə görə, ilk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikinci isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. 

“Azərbaycanın inkişafı və beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirməsinin fonunda işğalçı Ermənistan öz ənənəvi tərəfdaşlarını itirməsi, küncə sıxılması, sosial və iqtisadi kataklizmlər yaşaması ilə diqqəti cəlb edir.

Bir sözlə, görünən odur ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb”-deyən millət vəkili bununla belə, həmsədrləri, həmsədr dövlətləri, ATƏT-in Minsk qrupunu münaqişənin həllində fəallığa və öz üzərlərinə düşən missiyanı nəhayət, yerinə yetirməyə çağırıb.

Qeyd edib ki, onlar artıq vədlərdən, bəyanatlardan, sözlərdən, konkret işə, əməli fəaliyyətə keçməlidirlər.

“Bu, onların missiyası, borcudur”, - deyə, millət vəkili sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri