23 
Yan
2019
15:56
23
137
3352
Virtual karabakh

Səməd Seyidov: İmzalamadığımız sənəddən imtina etməyimiz istənilir

23 Yan, 2019
15:56
3352

Səməd Seyidov: İmzalamadığımız sənəddən imtina etməyimiz istənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çox qəribədir, imzalamadığımız bir sənəddən imtina etməyimiz istənilir.

Oxu.Az məlumat verir ki, bu fikri AŞPA-nın “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr Qahirə Bəyannaməsinin iştirakçısı ola bilərmi?” adlı məruzənin müzakirələri zamanı Azərbaycanın adıçəkilən qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S.Seyidov bildirib ki, Avropa Şurası 10 il əvvəl Azərbaycanla fəxr edirdi:

“Bakıda Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə də, 10 İslam ölkəsinin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsi imzalandı.

Qarşılıqlı anlaşma, mədəniyyətlərarası əlaqələr, birgə gələcək, insan hüquqları haqqında olan bu Bəyannamənin imzalanması yüksək qiymətləndirildi. Ancaq 10 il sonra Azərbaycan, Albaniya və Türkiyədən heç vaxt imzalamadığımız Qahirə Bəyannaməsindən imtina etmək tələb olunur. Azərbaycan 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olub.

Qahirə Bəyannaməsi isə 1990-cı ildə imzalanıb. Ölkəmiz heç vaxt Qahirə Bəyannaməsini imzalamayıb. Biz dünyəvi ölkəyik. Bakının mərkəzində kilsə, sinaqoqlar var, onların sayı çoxalır. Ölkəmizdə əhalinin əksəriyyəti müsəlmandır.

Biz müsəlman irsimizlə fəxr edirik. İrsimizi qoruyub saxlayırıq, amma dünyəvi ölkəyik. Biz Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışıq. İnsan hüquqları, demokratiya, qanunun aliliyi kimi ümumi dəyərləri daha yaxşı anlamaq məqsədilə dəfələrlə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının birgə komissiyasını təşkil etməyi tövsiyə etmişik”.

S.Seyidov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqəsi olan ölkələrə qarşı müəyyən cəza ideyalarından danışmaq əməkdaşlıq yolu deyil:

“Dialoq yaratmaq bu təşkilatda eyni dəyərləri bölüşən ölkələrlə qarşıdurma yaratmaqdan daha yaxşı olar”. 

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri