23 
Yan
2019
17:34
66
225
3340
yuxarı
Azərbaycan Cənubi Sudana iki sülhməramlı göndərib
23 Yan, 2019
17:34
3340
66
225
Azərbaycan Cənubi Sudana iki sülhməramlı göndərib
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin dörd nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.