24 
Yan
2019
10:59
12
89
2495
Virtual karabakh

Yeni layihələr parlamentin gündəmində

24 Yan, 2019
10:59
2495

Yeni layihələr parlamentin gündəmində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin daha iki komitəsinin iclası keçirilir.

Oxu.Az-ın xəbərinə görə, bunlar Əmək və sosial siyasət, o cümlədən, Elm və təhsil komitələridir.

Hər iki komitənin iclasında öncə komitələrin 2018-ci ilin payız sessiyasındakı fəaliyyətləri ilə bağlı hesabatlarının və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planının müzakirəsi nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında əsas müzakirə mövzusu olacaq sənəd “Turizm haqqında” yeni qanun layihəsidir.

Komitə bu sənədi yaz sessiyasında müzakirələrə çıxarmağı nəzərdə tutur.

Elm və təhsil komitəsinin əsas müzakirə predmeti isə son payız sessiyasında birinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda qəbuludur.

Komitə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlayıb yaz sessiyasının müzakirələrinə çıxarmağı nəzərdə tutur.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri