Fev
2019
14:25
408
34
2306
Virtual karabakh

Çavuşoğlu: Azərbaycanın olmadığı yerdə, onu Türkiyə təmsil edir

7 Fev, 2019
14:25
2306

Çavuşoğlu: Azərbaycanın olmadığı yerdə, onu Türkiyə təmsil edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə və Azərbaycan münasibətləri dövlət səviyyəsində olduğu kimi, onların xalqları səviyyəsində də güclənir. 

“Anadolu” agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda türk və azərbaycanlı tələbələrlə görüşündə deyib. 

Görüş Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi və Türk-Amerikan Milli Yönləndirmə Komitəsi (Türk-Amerikan Ulusal Yönlendirme Komitesi) tərəfindən təşkil olunan  panel müzakirələri çərçivəsində baş tutub. 

Nazir bildirib ki, xaricdə yaşayan Azərbaycan və Türkiyə vətəndaşları son illər birlikdə hərəkət edərək, ortaq və milli maraqları birgə müdafiə edirlər.

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, ancaq bəzən onlar bir ölkə kimi fəaliyyət göstərirlər. Azərbaycan olmayan yerdə onun maraqlarını Türkiyə təmsil edir. Türkiyə diplomatik missiyaları Azərbaycan diplomatik nümayəndəliklərinin olmadığı yerdə bu ölkənin maraqlarına uyğun kampaniyalar aparır. Türkiyə diplomatik missiyasının olmadığı yerdə isə Azərbaycan, başda prezident İlham Əliyev olmaqla, Türkiyənin maraqlarını təmsil edir”, - Çavuşoğlu əlavə edib. 

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında ticarət əlaqələri gündən-günə möhkəmlənir. 

“Ötən il Trans-Anadolu qaz boru kəmərinin istismara verilməsindən başqa, eləcə də, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və SOCAR tərəfindən Türkiyədə “Star” zavodu istifadəyə verildi ki, bu da Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına səbəb olub”, - Çavuşoğlu qeyd edib. 

Çavuşoğlu Qafqazda stabilliyi təmin etmək üçün yaradılmış Türkiyə-Azərbaycan-İran arasında üçtərəfli mexanizm məsələsinə toxunub. 

“Azərbaycan və Türkiyə nəinki öz inkişafı, eyni zamanda, regionun inkişafı üçün əlindən gələni edir. Türkiyə və Azərbaycan birlikdə çox vacib layihələr həyata keçirir”, - Çavuşoğlu deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri