12 
Fev
2019
14:57
320
34
4350
yuxarı
Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi
12 Fev, 2019
14:57
4350
320
34
Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi
Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, o, çıxışında qeyd edib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir:
“Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır. Bunun qarşısını Reklam Agentliyi almırsa, deməli, burada korrupsiya faktı var. Demək ki, onlardan rüşvət alınır. Köşklərin ön şüşələri siqaretlə örtülübsə, bundan böyük reklam ola bilərmi? Bu köşklər də məktəblərin yaxınlığında yerləşir. Ümumiyyətlə, reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir və Reklam Agentliyi ləğv edilməlidir”.
Kamil HƏMZƏOĞLU