16 
Fev
2019
15:26
66
111
1548
Virtual karabakh

Elmar Məmmədyarov qırğız həmkarı ilə görüşdü

16 Fev, 2019
15:26
1548

Elmar Məmmədyarov qırğız həmkarı ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər, Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri