19 
Fev
2019
15:47
156
46
2983
Virtual karabakh

Deputat: Martda əfv olacağına ümid edirəm

19 Fev, 2019
15:47
2983

Deputat: Martda əfv olacağına ümid edirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə bağlı siyahı təqdim edilib. 

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin (MM) plenar iclasında çıxışı zamanı deyib.

“Mən də bu müraciəti dəstəkləyirəm”, - deyən millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib. 

“Hüquq müdafiəçiləri və bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri