20 
Fev
2019
14:09
317
146
5184
yuxarı
İlham Əliyev nazirliyə iki milyon ayırdı
20 Fev, 2019
14:09
5184
317
146
İlham Əliyev nazirliyə iki milyon ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sənədə əsasən, Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə iki milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.