21 
Fev
2019
00:02
205
88
2885
Virtual karabakh

Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir

21 Fev, 2019
00:02
2885

Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Rusiyadan kiçik və orta mənzilli raketlərin sayının azaldılmasını tələb edib. 

RİA Novosti xəbər verir ki, Almaniya Federativ Respublikasının hökumət rəsmisi Ulrike Demmer brifinq zamanı belə bəyanatla çıxış edib. 

Onun sözlərinə görə, Berlin “Orta və kiçik mənzilli raketlərin ləğvinə dair beynəlxalq müqavilə”nin qorunması naminə Moskvaya qarşı mübahisəli raketlərin tam və şəffaf şəkildə azaldılması tələbində israr edir. 

Fevralın 2-də Putin ABŞ-ın Avropada qanadlı raketlər yerləşdirməsinə qarşı, Rusiyanın müvafiq addımlar atacağını bildirib.

“Orta və kiçik mənzilli raketlərin ləğvinə dair beynəlxalq müqavilə", tərəflərə yerüstü ballistik raketlər və 500-5,5 min km. məsafəni vura biləcək qanadlı raketlər saxlamağı qadağan edir.

Mokva və Vaşinqton müntəzəm olaraq bir-birlərini sazişin şərtlərini pozmaqda ittiham edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri