23 
Fev
2019
15:16
275
61
2152
Virtual karabakh

İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib

23 Fev, 2019
15:16
2152

İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri