14 
Mar
2019
14:21
25
168
2077
Virtual karabakh

Məmmədyarov: İlham Əliyev-Paşinyan görüşü razılaşdırılır

14 Mar, 2019
14:21
2077

Məmmədyarov: İlham Əliyev-Paşinyan görüşü razılaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakı ilə Yerevanın Azərbaycan prezidenti İlham Əliyevlə, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşünün təqvimini razılaşdırmağa çalışdıqlarını bildirib.

“Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşə hazırlıqlar gedir. Həmsədrlər bu istiqamətdə iş aparır. Hazırda təqvimlər razılaşdırılmaq üzrədir. Razılıq əldə olunsa, sonradan elan olunacaq”, - deyə E.Məmmədyarov “İnterfaks- Azərbaycan” agentliyinə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, həmçinin, iki ölkənin XİN rəhbərləri səviyyəsində görüşə hazırlıqlar gedir.

Məmmədyarov erməni həmkarı ilə görüşün yüksək səviyyəli görüşdən əvvəl keçiriləcəyini istisna etməyib.

“Hər şey ola bilər. Qabaqcadan danışıb ajiotaj yaratmaq istəmirəm”, - nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri