21 
Sen
2017
19:11
26
88
2272
Virtual karabakh

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirildi

21 Sen, 2017
19:11
2272

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası və s. məsələlər müzakirə olunub.

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a bildiriblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib.

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolunu qeyd edib.

Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında Müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

E.Məmmədyarov eyni zamanda Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri