30 
Avq
2013
22:03
105
30
32898
Virtual karabakh

Tələbələrin təqaüdləri artırıldı

30 Avq, 2013
22:03
32898

Tələbələrin təqaüdləri artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezidentin sərəncamı sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir ki, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə onlar üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Doktorantura pilləsi üzrə:

Elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat; Ali təhsil müəssisələrində:
Adlı təqaüd alan tələbələrə - 120 manat

Magistr pilləsi üzrə:

Əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat

Bakalavr pilləsi üzrə:

Əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat.

Orta ixtisas təhsili müəssisələrində:

Əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat.
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 35 manat

Sənəddə göstərilir ki, təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

Həmçinin, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri