31 
Avq
2014
02:40
340
74
1469
Virtual karabakh

İlham Əliyev yeni yolun tikintisinə 2 milyon manat ayırdı

31 Avq, 2014
02:40
1469

İlham Əliyev yeni yolun tikintisinə 2 milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda yeni avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri