23 
Sen
2014
20:57
31
17
927
Virtual karabakh

Elmar Məmmədyarov sabah Nyu Yorkda Nalbandyanla görüşəcək

23 Sen, 2014
20:57
927

Elmar Məmmədyarov sabah Nyu Yorkda Nalbandyanla görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını müzakirə edəcəklər”.

Sentyabrın 24-də Nyu Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutacaq.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını müzakirə etmək üçün səbirsizliklə bu gün Nyu Yorkda  Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü gözləyirik”, deyə Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri