30 
Sen
2014
10:00
58
1
1098
Virtual karabakh

“The Korea Herald”: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir

30 Sen, 2014
10:00
1098

“The Korea Herald”: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məqalədə Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlar da yer alıb.

Sentyabrın 28-də Koreya Respublikasının “The Korea Herald” qəzetində “Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir” başlığı altında məqalə dərc olunub. 

Oxu.Az xəbər verir ki, Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə 2014-cü ilin iyul ayında üç azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi, H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, digər iki azərbaycanlının isə harada saxlanıldıqları barədə heç bir informasiyanın verilməməsi barədə məlumat əks edilib.

Məqalədə soydaşlarımızın öz ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürülərək erməni mətbuatında “diversiya qrupu” kimi qələmə verilmələrinin əsassız olması göstərilmişdir.

Girov götürülmüş şəxslərin əvvəllər də işğal olunmuş ərazilərimizə səfər etdikləri və bu səfərləri “Youtube” internet portalında yerləşdirdikləri vurğulanaraq, bunun “diversant qrupu”na xas olmayan hərəkət olduğu sübut olunub.

Məqalədə Kəlbəcər rayonunun 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunduğu və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlar da yer alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri