30 
Sen
2014
16:32
74
16
1486
Virtual karabakh

Leyla Əliyeva Rusiya ictimaiyyətinə müraciət edib

30 Sen, 2014
16:32
1486

Leyla Əliyeva Rusiya ictimaiyyətinə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümid edirik ki, yaxın gələcəkdə Rusiyada Xocalı soyqırımına siyasi qiymət veriləcək”.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Dialoq və razılıq” V konfransının gedişatında, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva yaxın zamanlarda Rusiyada Xocalı faciəsinə siyasi qiymətin veriləcəyinə ümid etdiyini bildirib.

Oxu.Az bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.

“Azərbaycan üçün tolerantlıq – həyat tərzidir, normadır, nailiyyət deyil. Bizim nailiyyətlərimiz – son illərdə gücləndirilmiş iqtisadiyyat, Rusiya ilə möhkəmlənən əlaqələr, eləcə də rus dilinə göstərilən böyük diqqətdir: 16 000 nəfər rus dilində təhsil alır, ölkədə M.V.Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir. İdmanın inkişafına dair səylərdən danışmamaq mümkün deyil, onların sayəsində Bakıda ilk dəfə Avropa Oyunları keçiriləcək. Bütün bunlarla yanaşı Azərbaycan ərazisinin 20%-nin işğal altında olduğunu unutmaq olmaz”, - Leyla Əliyeva vurğulayıb.

“Bununla əlaqədar biz ümid edirik ki, Rusiyada yaxın gələcəkdə Xocalı soyqırımına siyasi qiymət veriləcək, qaçqınlar isə öz evlərinə qayıdacaqlar”, - o bəyan edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri