30 
Sen
2014
17:47
23
48
4311
Virtual karabakh

Milli Məclisdə qalmaqal: Deputatlarımız sözləşdilər

30 Sen, 2014
17:47
4311

Milli Məclisdə qalmaqal: Deputatlarımız sözləşdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yığışdırın bunları...”.

Parlamentin payız sessiyasının ilk iclasında qalmaqal yaşanıb.

Qalmaqal birinci vitse-spiker Ziyafət Əsgərovla millət vəkili Zahid Oruc arasında yaşanıb.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, buna səbəb Z.Orucun gündəlikdə olan 36 məsələnin cəmi 4 saat ərzində səsverməyə çıxarılmasına və qəbul olunmasına yönəlik ironiyalı ifadəsi olub.

“4 saat ərzində 36 məsələnin qəbul olunması rekorda düşəcək”, - deyə, o bildirib.

Bu isə Z.Əsgərovu hövsələdən çıxarıb və onun sərt reaksiyasına səbəb olub:

“Siz tikanlı sözləri xoşlayırsız... Bu məsələləri uzun-uzadı müzakirə etməyin mənası yoxdur, axı? Bu atmacalar, bu tikanlı sözlər də nəyə lazımdır? Yığışdırın bunları... Bura gələndə də  heç olmasa qanunları açıb oxuyun... Sonra mətbuat yazacaq ki, parlament 36 məsələni tələm-tələsik qəbul etdi. Belə şeylər olmaz...”.

Z.Oruc da öz növbəsində bunları deyib:

“Ziyafət müəllim, mən bilmirəm siz üzünüzü kimə tutub danışırsınız...  Yaxşı bilirsiz ki, o məsələlərdən xəbərim var, mən bildiyim məsələlərdən danışıram. Elmi biliklərinizi, hüquqi nailiyyətlərinizi burada yeritməyin yeri yoxdur. Hər bir halda bu, uğurlu göstərici deyil, yaxşı nəticə deyil...”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri