30 
Sen
2014
18:32
7
29
948
Virtual karabakh

Xələfov: Bu sammit danışıqlarda yeni mərhələ hesab oluna bilər

30 Sen, 2014
18:32
948

Xələfov: Bu sammit danışıqlarda yeni mərhələ hesab oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lakin Türkmənistan və İranla fikir ayrılıqları var”.

Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən dördüncü sammitinin nəticələrini qənaətbəxş hesab edirik.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Xəzərin statusu ilə bağlı danışıqlarda 18 il ərzində ən böyük irəliləyiş bu sammitdə müşahidə olunub:

“Bu sammit danışıqlarda yeni mərhələ hesab oluna bilər. Sammit çərçivəsində qəbul olunan birgə bəyanat, bağlanmış sazişlər bir çox məsələlərə aydınlıq gətirib. Bioloji resurslardan istifadə, Xəzər akvatoriyasının bölüşdürülməsi, silahlanmanın balanslı şəkildə aparılması mövzularında tərəflər mühüm razılıqlara gəlib. Növbəti mərhələdə isə ekspertlər bu məqamları dəqiqləşdirəcəklər”.

X.Xələfov qeyd edib ki, Xəzərin səthi ilə bağlı mühüm məqamlarda razılığa gəlinsə də, əsas məsələ Xəzərin dibi, yəni təbii sərvətlərdən istifadə qaydalarıdır:

“Bu yöndə Azərbaycan Rusiya və Qazaxıstan arasında çoxdan razılıq əldə olunsa da, Türkmənistan və İranla fikir ayrılıqları var”.

Nazir müavini 2016-cı ildə Astanada növbəti sammit keçiriləcəyini, orada Astana Konvensiyasının qəbul olunacağını və Konvensiyada Xəzərin hüquqi statusunun daha dəqiq öz əksini tapacağını vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri