16 
Okt
2014
11:30
30
90
3005
Virtual karabakh

Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO

16 Okt, 2014
11:30
3005

Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi gəmiləri qarşılayıb.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” hərbi gəmiləri Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar.

Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri