20 
Okt
2014
16:51
58
62
1612
Virtual karabakh

İran prezidenti Azərbaycana səfər edəcək

20 Okt, 2014
16:51
1612

İran prezidenti Azərbaycana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ölkənin vitse-prezidenti Bakıdadır.

İran prezidenti Həsən Ruhani 2015-ci ilin əvvəlinə qədər Azərbaycana işgüzar səfər edəcək.

Oxu.Az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şahindoht Movlaverdi bildirib.

“Biz hal-hazırda Azərbaycan və İran arasında qadın məsələləri üzrə əməkdaşlığa dair sənəd üzərində işləyirik. Bu sənədin Rohaninin Azərbaycana səfəri çərçivəsində imzalanmasına səy göstərəcəyik”, - “İnterfaks-Azərbaycan” Movlaverdinin sözlərini sitat gətirir.

Sənəddə söz əsasən, hər iki ölkənin qadınlarının iştirak edəcəyi elmi mübadilə proqramından, İran və Azərbaycanın qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyətindən gedəcək.

“Biz qadınlarla əlaqədar məsələləri ölkələrimiz arasında geniş inkişaf etmiş iqtisadi əlaqələr səviyyəsinə qədər çatdırmağa hazırlaşırıq”, - vitse-prezident bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri