20 
Okt
2014
23:43
60
16
3193
Virtual karabakh

Məhəllədaxili yollar, küçələr bələdiyyələrin balansına verildi

20 Okt, 2014
23:43
3193

Məhəllədaxili yollar, küçələr bələdiyyələrin balansına verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev sərəncam imzaladı.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliklərə əsasən, sərəncamın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

“Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri