25 
Okt
2014
13:55
87
14
1693
Virtual karabakh

ABŞ konqresmeni Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırdı

25 Okt, 2014
13:55
1693

ABŞ konqresmeni Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqidir”.

Arizona Ştatından konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansından Oxu.Az-a verilən məlumata görə, məktubda konqresmen ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin bir durumda olduğu qeyd edir, Birləşmiş Ştatların öz tərəfdaşlarını dəstəkləməsinin zəruriliyi vurğulanır.

Müraciətdə Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu bildirilir, mürəkkəb bir bölgədə yerləşməsinə baxmayaraq daim Birləşmiş Ştatlar ilə tərəfdaşlığa sadiq qaldığı ifadə olunur. 

Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstanda və İraqda sabitliyin bərpa olunmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılır.

Konqresmen qeyd edir ki, keçən dövr ərzində Azərbaycan öz təbii resurslarından əldə etdiyi gəlirləri ağıllı şəkildə istifadə edərək iqtisadiyyatını yenidən qurub, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaldıb, ümumi daxili məhsulunu dəfələrlə artırıb, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilib.

Həmçinin konqresmen Azərbaycanın qədim tolerantlıq ənənələrindən, burada yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açır, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğunu bildirir.

Sonda konqresmen qeyd edir ki, hazırda regionda baş verənləri nəzərə alaraq, Azərbaycan kimi tərəfdaş ölkələrin ABŞ tərəfindən dəstəklənməsi vacibdir.

Respublikaçılar Partiyasından olan Pol Qosar Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları və Təbii Sərvətlər komitələrinin üzvüdür.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı mədəniyyət, cəmiyyət, sənaye, tarix və Azərbaycan xalqının həyatında baş verən cari hadisələr barədə ətraflı informasiya təqdim edən qeyri-kommersiya strukturudur. Strukturun məqsədi Alyansı maraqlandıran məsələlərin təhlili və təbliğidir.

Alyansın əsas vəzifələrindən biri də Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət atmosferinin təmin edilməsidir. Alyans Azərbaycan və Amerika arasında stabil əməkdaşlığı təmin etməyə çalışan əsas təşkilat olmaq niyyətindədir.

Azərbaycan Amerika Alyansının təsisçisi və rəhbəri Garant Holding şirkətinin Direktorlar Şurasının sədri Anar Məmmədovdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri