14 
Noy
2014
10:28
118
12
3656
Virtual karabakh

Polad Bülbüloğlu: Müharibə bitməyib

14 Noy, 2014
10:28
3656

Polad Bülbüloğlu: Müharibə bitməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim atəşkəs haqqında sazişimiz var, müharibənin bitməsi haqqında yox”.

Orada iki helikopter var idi, yalnız birini vurublar, ikincisi uçub gedib. Bu, sərhəd qoruması üzrə normal praktikadır – istənilən müstəqil dövlət öz sərhədlərini qoruyur. Sovet ittifaqının Cənubi Koreya “Boeing”ini vurduğu hadisəni sizə xatırlada bilərəm. Onun əraziyə səhvən və ya qeyri-səhvən gəlməsinə baxmayaraq onu vurmuşdular.

Oxu.Az xəbər verir ki, bunu “Moskovski komsomolets”ə verdiyi müsahibəsində Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

“Son materiallarında KTMT cənab Bordüja helikopterin vurulmasından narahatdır ki, bu münaqişənin gərginləşməsinə gətirib çıxara bilər. Bəs niyə hörmətli general Bordüja erməni kolleqalarına başqa dövlətin ərazisində təlimlərin keçirilməsinin düzgün olmadığını anlatmır? Əgər hər hansı bir ölkənin hərbi helikopteri Rusiya Federasiyasının hava məkanının sərhədlərini pozsaydı, general hansı əmri verərdi?

Onları duz-çörəklə qarşılardı?... 1994-cü ildə Azərbaycan Dağlıq Qarabağ ərazisi üzərində hava məkanını istənilən nəqliyyatların uçuşu üçün bağlı elan etdi. Bu, bizim tərəfimizdən bütün beynəlxalq aviasiya təşkilatlarına göndərildi. Prezidentimiz çıxışlarında dəfələrlə ərazisini itirməsi fikri ilə razılaşmayacağını bildirib. Burda anlaşılmaz nə var ki? Azərbaycan Dağlıq Qarabağdan işğalçı qoşunlar çıxarılana qədər mübarizə aparacaq. Söhbət mülki adamlardan getmir, orada yaşayanları heç bir şəkildə deportasiya etmək istəmirik və onlara ən yüksək səviyyəli muxtariyyət təklif edirik, baxmayaraq ki, 200 min azərbaycanlı Ermənistandan deportasiya edilib.

Qarabağın yuxarı rayonlarından başqa, beş dənə aşağı rayon da işğal edilib və hərbi təlimlər də məhz orada aparılır. Əgər məndən səfir kimi deyil, bir qarabağlı kimi soruşsalar, mən Azərbaycanın buna həddən artıq səbirli reaksiya verdiyini deyərdim”.

Səfirin sözlərinə görə müharibə bitməyib, “bizim 1994-cü ildən atəşkəs haqqında sazişimiz var, müharibənin bitməsi haqqında yox”:

“Qeyd etmək istərdim ki, bu yeganə münaqişədir ki, təmas xəttində heç bir sülhməramlı qoşun yoxdur... Bütün bu 20 il ərzində pis-yaxşı atəşkəsə riayət edilirdi.

Düzdür, orada daim atəş səsləri eşidilir, amma tammiqyaslı hərbi hərəkata iş hələ çatmayıb, hər şeyi sülh yolu ilə həll etməyə çalışırıq. ATƏT-in Minsk qrupu var, burada həmsədrlərdən biri Rusiyadır, danışıqlar gedir, göstərilən ərazinin Ermənistan tərəfindən tərk edilməsini azad etməsi haqqında BMT-nin TŞ-nın dörd bəyannaməsi var. BMT-nin Baş Assambleyasının qərarı var. Bunu nə qədər tez etsələr, region üçün o qədər yaxşıdır”.

Səfir qəzəbini gizlətmir və Azərbaycanın mövqeyini açıqlayır:

“Bu gün gərginləşmənin baş verməsi, atəş səsləri, snayperlər - bütün bunlar niyə baş verir? İşğal edilmiş ərazilərdən qoşunları çəkin, snayper də olmayacaq. Bu ərazi de-yure Azərbaycana məxsusdur və orada heç bir təlim keçirilə bilməz.

Bu təlimlərin başlanğıcında Azərbaycan XİN onların keçirilməsinin mümkün olmadığı barədə bəyanat verib, amma onlar yenə də keçirilir. Bir sözlə, əvvəl səbəbi aradan qaldırmaq, sonra nəticələrdən danışmaq lazımdır...”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri