12 
Okt
2021
12:48
102
13
2823
Virtual karabakh

Parlament müstəqilliklə bağlı layihəni ikinci oxunuşda təsdiqlədi

12 Okt, 2021
12:48
2823

Parlament müstəqilliklə bağlı layihəni ikinci oxunuşda təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Oxu.Az-ın məlumatına əsasən, deputatlar layihənin mətninə bəzi dəyişikliklərin olması üçün təkliflər səsləndiriblər.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılıb.

Layihə ikinci oxunuşda qəbul edilib.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri